“BMW” ilə toy karvanında “avtoş”luq edən sürücü barədə araşdırma başladı VİDEO

14.11.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Toy karvanında yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl Gədəbəy rayonu ərazisində qeydə alınıb. Belə ki, 99-RX-088 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Yol boyu “sağ-sol” edən sürücü hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью