BMW kolleksiyaçılar üçün kiçik seriyalı avtomobillər istehsal edəcək

02.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

BMW şirkəti kolleksiyaçılar üçün kiçik seriyalı avtomobillərin istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, şirkət yeni eksklüziv modelin builki “Villa d'Este” müsabiqəsində debüt edəcəyini təsdiqləyib.

Beləliklə, Komo gölündə məhdud nüsxəli BMW avtomobillərinin premyerası ənənəyə çevriləcək: 2024-cü ildə İtaliyada hər birinin qiyməti 500 min dollar olan və 50 nüsxə buraxılacaq “Skytop” modeli nümayiş etdirilib.

Şirkətdən verilən məlumata görə, kiçik seriyalı avtomobillər gələcək yol xəritəsinin bir hissəsi olacaq.

Qeyd edək ki, bu kimi nadir dəyişikliklər bütövlükdə BMW brendinə və məhsul portfelinə müsbət təsir göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью