BMW minlərlə işçini işdən çıxarır

01.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Almaniyanın avtomobil istehsalçısı BMW xərcləri azaltmaq və gəlirliliyini artırmaq üçün genişmiqyaslı yenidənqurma planı hazırlayıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, şirkət dünya üzrə təxminən 8 min işçinin iş yerini ixtisar etməyi, gələn ilin ortasına qədər isə hər 5 departamentdən birini bağlamağı planlaşdırır. Bu addımlarla ildə təxminən 1 milyard avroya qənaət edilməsi hədəflənir.

Yenidənqurma planında Çin bazarına da xüsusi diqqət yetirilir. Çində satışların 626 min avtomobilə qədər azalmasından sonra BMW kompakt və kiçik modellərin satışını dayandırmağı planlaşdırır. Şirkət 2030-cu ilə qədər Çində satılan avtomobillərin 95 faizindən çoxunu bu ölkədə istehsal etməyi hədəfləyir.

BMW-nin yeni strategiyası səhmlərinin ilin əvvəlindən 40 faizdən çox ucuzlaşdığı bir dövrdə açıqlanıb. Şirkət 2028-ci ilə qədər avtomobil seqmentində əməliyyat mənfəəti marjasını 3-5 faizə, sərbəst pul axınını isə ən azı 5 milyard avroya çatdırmaq istəyir.

BMW eyni zamanda ABŞ və Avropa bazarları üçün yeni modellər hazırlayır. ABŞ-də X7-dən daha yüksək mövqedə yerləşdiriləcək yeni lüks SUV, Avropada isə tam elektrikli kompakt modelin istehsalı planlaşdırılır.

Gülər 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью