BMW nin mənfəəti 35% azalıb

04.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Almaniyanın "BMW" avtomobil konserninin mənfəəti 2026-cı ilin ilk 9 ayında 35,2% azalaraq 5,2 milyard avroya düşüb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, şirkətin 2020-ci ildən bəri ən pis göstəricisidir.

Məlumata görə, yanvar-sentyabr aylarında xalis mənfəət 24% azalaraq 4,3 milyard avro, gəlir isə 7,3% azalaraq 92,7 milyard avro təşkil edib.

Şirkətin maliyyə göstəricilərinə Almaniya avtomobil sənayesindəki ümumi böhran təsir edib. Böhran COVID-19 pandemiyası dövründə başlayıb, 2022-ci ildən isə enerji qiymətlərinin artması və Çin istehsalçıları ilə rəqabət səbəbindən daha da dərinləşib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью