Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Göyçay rayonunun Bəydövül kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 16-da günorta saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “BMW X6” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücülərin yüngül xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228891.html