BMW satışlarını artırdı, Mercedes Benz gerilədi

09.10.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın aparıcı avtomobil istehsalçıları BMW və "Mercedes-Benz" bu ilin üçüncü rübündəki qlobal satış göstəricilərini açıqlayıblar. Nəticələrə əsasən, iki şirkət fərqli istiqamətdə hərəkət edib.

Milli.Az xəbər verir ki, BMW iyul-sentyabr aylarında satışlarını artıraraq 588 300 avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artım deməkdir.

Digər tərəfdən, "Mercedes-Benz" həmin müddətdə 441 500 avtomobil satıb və bu, illik müqayisədə 12% azalma göstərir. Nəticədə, iki brend arasında satış fərqi 33.2%-ə çatıb. 

Asya
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью