BMW sürücüsü Zığ şosesinin əksinə sürdü: Təhlükəli anlar VİDEO

22.05.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda qaydalara əməl etməyən sürücünün təhlükə saçan hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 18-də, paytaxtın Zığ şosesində qeydə alınıb.

Belə ki, 77-RL-053 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü birtərəfli yolun tam əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edib.

Qeyd olunan ərazidə nəqliyyat vasitələrinin sürətli hərəkəti fonunda bu cür qanunsuz davranış ağır qəza ilə nəticələnə bilərdi.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi tez bir zamanda həmin sürücünü müəyyən edərək barəsində qanunamüvafiq qaydada tədbir görəcək.

Sözügedən videonu təqdim edirik.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью