BMW və Kith nərd oynamaq üçün lüks dəst təqdim edib

24.08.2026

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMW və Kith nərd oynamaq üçün lüks dəst təqdim edib

BMW şirkəti ABŞ-ın Kith brendi ilə əməkdaşlıq çərçivəsində geyim, aksesuarlar, ev əşyaları və avtomobillərin miqyaslı modellərindən ibarət yeni kolleksiya təqdim edib. Kolleksiyaya 935 avro (1858,50 manat) qiymətində nərd dəsti də daxildir. Oxuməni. az xəbər verir ki, bu barədə “autopilot.ru” məlumat yayıb.

Nərd taxtası avtomobil salonlarının üslubunda hazırlanıb. Taxta Camel rəngli təbii inək dərisi ilə üzlənib, qızılı folqa ilə naxışlanıb və iç hissəsində BMW brendinqi yerləşdirilib. Dəstin tərkibinə BMW və Kith loqoları olan 30 metal daş, doqquz metal zər və zərlər üçün dəri ilə üzlənmiş stəkan daxildir. Taxtanın ölçüləri 51,6 × 33 santimetrdir.

Kolleksiyadakı əşyalar BMW-nin tarixi Inka Orange rəngi ilə birləşdirilib. Belə ki, çantalar, fincanlar, gödəkçələr, pulqabılar və BMW 3.0 CSi modelinin metal miqyaslı maketi bu rəngdə hazırlanıb.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью