BMW və Mercedes Benz Hitlerlə əməkdaşlıqlarını etiraf ediblər

08.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Avropada II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ərəfəsində Almaniya şirkətləri 1930-cu illərdə ölkədə nasional-sosialist hakimiyyətin güclənməsinə görə məsuliyyətlərini etiraf ediblər.

Oxu.Az "Frankfurter Allgemeine Zeitung" qəzetinə istinadla xəbər verir ki, birgə bəyanatı 49 korporasiyanın rəhbəri imzalayıb.

"Almaniya şirkətləri 1933-cü ildə nasional-sosialistlərin hakimiyyətə gəlməsinə və güclənməsinə töhfə veriblər. Öz mənfəətlərini düşünən bir çox şirkət və onların ovaxtkı rəhbərləri bu işə cəlb olunublar" , - deyə bəyanatda bildirilir.

Bəyanatı imzalayanlar arasında "Adidas", "Bayer", Bosch", BMW, "Commerzbank", "Hugo Boss", "Mercedes-Benz", "Volkswagen"nin rəhbərləri də var.

Qeyd edək ki, nasist Almaniyası dövründə ölkənin bir çox böyük şirkəti Hitler rejimi ilə əməkdaşlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью