BMW və Mercedesin gizli anlaşması illər sonra üzə çıxdı Əslində... | Icma.az
Icma.az bildirir, Milli.az portalına istinadən. Elə bir qalmaqal təsəvvür edin ki, BMW, Volkswagen və Mercedes-Benz kimi nəhənglərin üçünün
Bəli, bu, həqiqətən də baş verib və bu şirkətlər öz maraqları naminə ekologiyaya zərər vurub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, avtomobil sənayesində ən məşhurlardan olan BMW, Mercedes və Volkswagen qrupunun (Audi, Porsche, Volkswagen) adı 2006-2014-cü illər arasında uzun müddət müzakirə olunacaq emissiya qalmaqalında hallanıb.
Bu üç şirkət dizel mühərriklərində emissiyanın azaldılması texnologiyalarını bilərəkdən zəiflədərək xərcləri aşağı saxlamağa çalışıblar.
Bunun üçün gizli şəkildə əməkdaşlıq edərək bir-birlərinin tərəfini tutublar.
Belə ki, BMW, Volkswagen və Mercedes-Benz, xüsusilə "AdBlue" adlı emissiyanı təmizləyən mayenin istifadəsini təmin edən çənlərin ölçüsünü məhdudlaşdırıblar.
Daha böyük çənlər zərərli azot oksidi qazını daha çox təmizləyə bilərdi, lakin xərclərə qənaət etmək məqsədilə bunu etməyiblər.
2006-2014-cü illər arasında baş verən razılaşma Daimler şirkətinin Avropa Komissiyasına müraciəti ilə üzə çıxıb.
Tam oxu
Xəbəri oxu