BMW və “Skoda” Ukraynaya görə istehsalı azaltdı

12.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın “BMW” və Çexiyanın “Skoda” avtomobil istehsalçıları Ukraynadan tədarük edilən komponentlərin çatışmazlığı səbəbindən istehsal həcmini azaldıblar.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mediada məlumatlar yayılıb.
Bildirilib ki, “BMW” şirkəti Regensburq, Leypsiq və Oksford şəhərlərində yerləşən zavodlarında iş növbələrini dayandırıb.
“Skoda” isə naqil dəstlərinin çatışmazlığı ilə üzləşib. Bu səbəbdən şirkətin “Enyaq” və “Elroq” elektrik avtomobillərinin istehsalı ləngiyib.
İstehsalda yaranan problemlərə səbəb Ukraynanın Jitomir və Lutsk şəhərlərində yerləşən “Kromberg & Schubert” təchizatçı şirkətinin zavodlarının fəaliyyətini dayandırması olub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью