BMW yeni loqosunu təqdim etdi

30.01.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMW rəsmi olaraq tamamilə yeni loqo dizaynına keçdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, şirkətin yeni loqosunu ilk dəfə aylar əvvəl yeni iX3 modeli ilə görmək mümkün olmuşdu, lakin BMW dizaynlarında loqonu dəyişdiklrəini rəsmi olaraq yalnız indi təsdiqləyib.

Loqonun ümumi strukturu eyni qalsa da, rəng tonları və teksturasında kiçik dəyişikliklər edilib. Məşhur daxili xrom halqa artıq yoxdur, xarici xrom halqa qorunsa da, lolo daha düz bir formaya gətirilib. BMW dizayn rəhbəri Oliver Heilmer bildirib ki, məqsəd onlara qoyulan mirası qoruyaraq loqoya daha çox incəlik qatmaqdır.

BMW həmçinin M seriyasının loqosunun da yenilənəcəyini açıqlayıb. Bu dəyişiklikləri fevral ayından etibarən M modellərində və gələcək digər BMW modellərində görmək mümkün olacaq.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью