Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Qazaxda ağır yol qəzası baş verib.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.