“BMW”dən külli miqdarda pul oğurlandı

26.02.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən oğurluq olub.
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən 3800 manat, 14 485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov saxlanılıb.
Onun “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurladığı da məlum olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью