“BMW”nin “Corolla” paylaşımı sosial şəbəkələri bir birinə vurdu

04.11.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“BMW” şirkətinin 1991-ci il istehsalı “Toyota Corolla” modelini hədəf alan sosial media paylaşımı avtomobilsevərlərin narazılığına səbəb olub.

“Bakupost” xəbər verir ki, şirkət yeni “BMW X5” modelinin dizaynını tanıtmaq üçün süni intellektlə hazırlanmış 1990-cı illərin sedanı görüntüsünü paylaşıb. İstifadəçilər şəkildəki avtomobilin 1991–1997-ci illərdə istehsal olunan yeddinci nəsil “Toyota Corolla”ya bənzədiyini müəyyən ediblər.

“BMW”nin paylaşımında rəqib modelin darıxdırıcı kimi təqdim edilməsi sosial şəbəkələrdə etiraz doğurub. İstifadəçilər “Toyota Corolla”nın etibarlılığını, dözümlülüyünü və klassik dizaynını müdafiə edərək “BMW”nin son illərdəki mübahisəli dizaynlarını tənqid ediblər.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью