Boasberq Tramp administrasiyasından izahat istəyib

19.03.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də Kolumbiya dairəsinin hakimi Ceyms Boasberq qərarın dayandırılmasına baxmayaraq, Venesuela bandası ilə əlaqəsi olduğu iddiaları ilə 250-dən çox immiqrantın deportasiya edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp administrasiyasından izahat istəyib.

"Cebheinfo.az" xəbər verir ki, Trampın “sərhəd çarı” kimi təsvir etdiyi ölkənin sərhəd təhlükəsizliyinə cavabdeh olan rəsmisi Tom Homan hakimin qərarına “mənimsəmədiyini” bildirərək:

"Mən bu administrasiyanın bir hissəsi olmaqdan qürur duyuram. Biz dayanmayacağıq" deyib. 

Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro isə ABŞ tərəfindən El Salvadordakı yüksək təhlükəsizlik həbsxanasına göndərilən venesuelalı mühacirlərin qeyri-insani rəftara məruz qaldığını bildirib və Birləşmiş Millətlər Təşkilatından (BMT) vətəndaşlarını qorumaq üçün tədbir görməsini tələb edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью