Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 13 155 kilometr uzaqda, Cənubi Amerika qitəsində, And dağları arasında vulkanik küllərin üzərində tikilən qədim şəhər - Kitodan bəhs olunub.
Tarixi eramızın 1-ci əsrinə gedib çıxan Kitonun əsası 1534-cü ildə ispanlar tərəfindən qoyulub.
Əhalisi ispanlar, hindular, qaradərililər, avropalılar olan bu şəhər 1830-cu ildən paytaxtdır. Kito əhalisinin ağız dadı müxtəlifdir.
Məsələn, burada gürzəyə bənzəyən, amma içində banan və pendir olan xəmir xörəyi milli təamlardandır.
Ekvador mətbəxinin delikatesi isə tırtıllardır. Proteinlə zəngin bu tırtıllar Kito əhalisinin sevdiyi yeməkdir.
Ekvador həmçinin qəhvə istehsalına və idxalına görə dünyada ilk onluqdadır. Bu ölkənin 250 min hektar ərazisi qəhvə plantasiyalarıdır.