Boçorişvili: Aİ qərar verərsə, sabahdan etibarən əlaqələri davam etdirə bilərik

24.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avropa İttifaqı (Aİ) qərar verərsə, Gürcüstan sabahdan etibarən əlaqələri ümumi Avropa gələcəyi üçün vacib olan məsələlərlə davam etdirə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Maka Boçorişvili Macarıstana səfəri zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Gürcüstanla bağlı ədalətsiz addımların dayandırılması üçün müəyyən cəsarət tələb olunur.

“Avropa İttifaqı tərəfindən bu addımın atılması və Gürcüstana qarşı ədalətsiz addımların dayandırılması üçün müəyyən cəsarət tələb olunur, çünki bu, artıq aydın şəkildə görünür və biz bunu görürük”, - deyə M.Boçorişvili bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью