Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək

16.01.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.

Bakıvaxtı.az xəbər verir ki, XİN başçısı səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Boçorişvili həmçinin Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti, 10-cu sessiyasında iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью