Boçorişvili: Gürcüstanın ATƏT ə sədrlik üçün namizədliyi aktualdır

16.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Gürcüstan 2027-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri olmaq üçün müraciət edib və təşkilatın işinə konstruktiv töhfə vermək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında bildirib.

Gürcüstanın ATƏT-ə sədrlik üçün namizədliyinin nə üçün vacib olduğu və bununla bağlı gözləntilər barədə suala cavab verən nazir qeyd edib ki, ölkə onilliklərdir təşkilatın iştirakçı dövlətidir, lakin indiyədək ona bu mühüm vəzifədə töhfə vermək imkanı yaradılmayıb.

M.Boçorişvilinin sözlərinə görə, Gürcüstanın namizədliyi ölkənin üzləşdiyi çətinliklər, eləcə də regionda malik olduğu imkanlar nəzərə alınmaqla aktualdır.

"Bu, bizi müraciət etməyə vadar etdi. Biz dialoq və konsensus prinsiplərinə əsaslanan bu təşkilatın inkişafına və fəaliyyətinə töhfə vermək istəyirik. Dünyada birliyin deyil, parçalanmanın daha çox müşahidə olunduğu indiki şəraitdə bu, asan deyil", deyə nazir bildirib.

O qeyd edib ki, bütün iştirakçı dövlətlərlə işləmək, müəyyən razılığa gəlmək və gələcək sədrliyə dair konsensus əldə etmək üçün müəyyən vaxt var.

M.Boçorişvili vurğulayıb ki, Gürcüstan bu prosesdə konstruktiv şəkildə iştirak edərək təşkilatın iştirakçı dövləti kimi onun daha da güclənməsinə töhfə verməyə çalışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью