Boçorişvili Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığından danışıb

27.02.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstan, Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın sərfəli olduğunu, bu əməkdaşlığın regonun xeyrinə olan müxtəlif layihələrin reallaşmasına imkan yaratdığını bildirib.
Boçorişvili Türkiyənin mühüm regional fiqur olduğunu söyləyib. O əlavə edib ki, Türkiyə qlobal əhəmiyyətli bütün proseslərdə, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin, Suriya məsələsinin, Yaxın Şərqdəki problemlərin həllində iştirak edir.
Nazir deyib: "Birgə səylərimizlə Gürcüstanla Türkiyənin regiondakı maraqlarını daha yaxşı təmsil edə bilərik".
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью