Bodibilderlər mövsümə İspaniyada başlayacaqlar

11.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın bodibildinq yığması mövsümə İspaniyada başlayacaq.

İdman.biz xəbər verir ki, komanda aprelin 30-dan mayın 5-ə kimi Santa Susanada keçiriləcək Avropa çempionatına hazırlaşır.

Ölkəmiz yarışda, demək olar ki, bütün aparıcı növlərdə, o cümlədən klassik bodibildinq, "Men's Physique" (çimərlik bodibildinqi), "Muscular Men's Physique"də təmsil olunacaq.

Qeyd edək ki, ötən il Santa Susannada keçirilən Avropa çempionatında idmançılarımız dörd mütləq titul qazanaraq ümumilikdə səkkiz qızıl, altı gümüş və altı bürünc medala sahib çıxıblar. Üstəlik, kollektiv bodibildinq üzrə komanda hesabında birinci olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью