Bodo Qlimt Qarabağ matçında bir dəqiqəlik sükut İdman və Biz

04.11.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrında 7-də keçiriləcək Avropa Liqasının 4-cü turunun "Bodo Qlimt" - "Qarabağ" matçı bir dəqiqəlik sükutla start götürəcək.

İdman.biz xəbər verir ki, UEFA-nın bayrağı altında keçiriləcək oyunlar zamanı İspaniyada daşqın qurbanlarının xatirəsi yad ediləcək.

Avropanın ali futbol qurumunun yaydığı bəyanatda bu barədə deyilib: "Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar Valensiya və ətraf bölgələrdə ölümcül daşqın qurbanları və zərərçəkənlər 1 dəqiqəlik sükutla yad edillməsi ilə start götürəcək".

Qeyd edək ki, təbii fəlakət zamanı 200-dən çox insan həyatını itirib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью