“Bodo Qlimt” “Qarabağ” oyununun təyinatları açıqlanıb 6 portuqaliyalı İdman və Biz

05.11.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqasının “Bodo Qlimt” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Liqa mərhələsinin IV turunun matçını Portuqaliyadan olan hakimlər idarə edəcək.

Görüşün baş hakimi Luis Qodinyo olacaq. Ona Rui Teyşeyra və Pedro Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Narsiso yerinə yetirəcək. Huqo Migel VAR, Fabio Oliveyra Melo AVAR hakimi olacaq.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью