“Bodo Qlimt”in baş məşqçisi: “İnanılmaz hisslərdir!” | Icma.az
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Norveçin “Bodo-Qlimt” komandasının baş məşqçisi Ketil Knutsen Çempionlar Liqasında “Mançester Siti”ni məğlub etdikləri oyunu şərh edib.
Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib: “İnanılmaz hisslərdir!
Düşünürəm ki, yaxşı oynadıq və layiqli qələbə qazandıq. Dünyanın ən yaxşı komandalarından birinə qarşı idik.
Müdafiədə diqqətli olmaq, boşluq verməmək, 11 oyunçu ilə də mübarizə aparmalıydıq.
İstədiyimiz əks-hücumları qurduq və möhtəşəm qollar vurduq”. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu