Bodrumda yanan gəmi batdı

04.07.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Muğlanın Bodrum rayonunda 27 metr uzunluğundakı "Sevgilim" adlı turist gəmisi yanıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 polşalı turist və 5 personal gəmidən təxliyə edilib. Yanan gəmi isə batıb.

Yanğının kondisionerin elektrik naqillərindən baş verdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью