BOEC Eko Parkın açılışı olub

14.11.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 12-də “Tullantıdan dəyərə – enerjidən yaşıl gələcəyə” konsepsiyası əsasında yaradılan BOEC Eko Parkın açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, layihə şəhid tələbələrin əziz xatirəsinə həsr olunub.

Açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, kollec rəhbərliyi adından Zümrüd Vəliyeva və Yeni Azərbaycan Partiyasının nümayəndəsi Altun İbrahimov çıxış ediblər. Çıxışlarda layihənin əhəmiyyəti, ətraf mühitin qorunması ilə bağlı maarifləndirmənin və kolleclərin cəmiyyətin inkişafındakı rolunun vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində tələbələr təkrar emal olunmuş materiallardan hazırladıqları əl işlərini və ekoloji layihələrini təqdim ediblər. Həmçinin musiqi çıxışları olub.

Şəhid tələbələrin xatirəsini yad etmək məqsədilə Eko Parkın ərazisində ağaclar əkilib.

Qeyd edək ki, BOEC Eko Park tələbələrin bilik və bacarıqlarını praktikada tətbiq etməsi, yaradıcılıqlarını nümayiş etdirməsi və ətraf mühitin qorunması ilə bağlı düşüncələrinin inkişafı üçün yaradılıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью