Boeing 2 mindən çox iş yerini ixtisar edəcək

19.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin qlobal aviasiya şirkəti “Boeing” işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırır.

“Cebheİnfo.az” xəbər verir ki, bu barədə ABŞ-nin Məşğulluq Təhlükəsizliyi Departamenti məlumat verib. 

Bildirilib ki, “Boeing” dekabrda 2 199 əməkdaşını işdən çıxaracaq.

“Boeing” şirkətinin işçiləri sentyabr ayında tətil etdikdən sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri və vacib olmayan xərcləri dayandırmaq kimi tədbirlər görməyi planlaşdırdığını açıqlamışdı.

Eyni zamanda şirkət oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığını da açıqlamışdı. 

ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min “Boeing” işçisinin ixtisarlardan təsirlənəcəyi ifadə edilmişdi. 

Əfsanə Rəcəb
“Cebheİnfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью