“Boeing 787” Sakit okean üzərindən geri döndü İLGİNC SƏBƏB KONKRET

27.03.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Los-Ancelesdən Şanxaya uçan “United Airlines”a məxsus “Boeing 787” təyyarəsi pilotlardan biri pasportunu unutduğu üçün geri dönmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki, təyyarə Los-Anceles Beynəlxalq Hava Limanından iki saatlıq uçuşdan sonra Sakit Okean üzərindən geriyə dönüb və San Fransiskoya yönləndirilib.

Geridönüş zamanı ekipaj arasında böyük qalmaqal yaşanıb. Çünki, bu olayda ən çox zərər çəkən təyyarədəki 257  sərnişin olub.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью