“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7 % dən çox ucuzlaşıb

12.06.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Boeing” konserninin səhmləri iyunun 12-də ticarət sessiyası zamanı 7 %-dən çox ucuzlaşıb.

525.az "Report"  istinadən xəbər verir ki, bu, Londona uçan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin Əhmədabadda qəzaya uğramasından sonra baş verib.

Yerli vaxtla saat 15:26-ya olan məlumata görə, "Boeing"in səhmləri 7,72 % azalaraq 197,58 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, təyyarə qəzası nəticəsində 133 nəfər həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью