Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

18.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb.

Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbindən xəstə qanlı öskürəkdən əziyyət çəkib, həmçinin rahat nəfəs ala və udquna bilməyib. Dominos pizza

Qeyd olunub ki, zəlinin tənəffüs yollarına düşməsi xəstənin həyatı üçün təhlükə yarada bilərdi. Cərrahlar ümumi anesteziya altında əməliyyat keçirərək zəlini çıxarıblar. Bir gün sonra həmin şəxs xəstəxanadan evə buraxılıb.Xəstə həkimlərə bildirib ki, əməliyyatdan təxminən üç həftə əvvəl kənddəki bulaqdan su içib. Bundan sonra onda təngnəfəslik və udqunma zamanı ağrılar yaranmağa başlayıb./Oxu.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью