Boğaza yığılmışam Əfsanə karyerasını bitirəcəyini açıqladı

05.12.2024

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üç çəki dərəcəsində məğlub olmayan dünya çempionu, amerikalı Cervonta Devis (30-0, 28 KO) peşəkar karyerasını başa vurmağa hazırlaşdığını bildirib.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, Devis bu barədə mətbuat konfaransında emosional şəkildə bildirib.

“Qarşıdakı ildən sonra boks bitəcək. Hamısı zibildir, mən gedirəm. Boğaza yığılmışam, bezmişəm. Mən kəmərlərə əhəmiyyət vermirəm. Pulumu götürüb getməyi düşünürəm. Yetər. Bu artıq boks deyil. Mənim uşaqlarım var. Təzəcə oğlum doğulub. Həm də başıma zərbə endirmək istəmirəm”, – Devis deyib.

Martın 1-də Nyu-Yorkda (ABŞ) Devis həmyerlisi Lamont Rouç (25-1-1, 10 KO) ilə döyüşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью