Boğazı özümüz qoruyacağıq Tramp

13.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müstəqil şəkildə təmin etməyi və bunun üçün pul almağı planlaşdırır.

"Yeni Sabah" Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Boğazda mövqeyimizi qoruyub saxlayacağıq və çox güman ki, onu idarə edəcəyik. Onun keşikçiləri olacağıq. Bunun üçün bizə kompensasiya ödənilməlidir. İşimizi görəndə bizə pul veriləcək", - deyə o qeyd edib. pizza

Bazar günü ABŞ ordusu bir həftə ərzində İrana qarşı dördüncü hücumunu həyata keçirib, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə Bazar ertəsi günü İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarındakı hədəflərə hücum edib.

Tehran Hörmüz boğazını növbəti xəbərdarlığa qədər bağlı elan edib və cavab əməliyyatlarının davam etdiyini vurğulayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью