Boğazında xurma qalan gənc öldü

07.11.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Şəmkirdə boğazında xurma qalan 28 yaşlı oğlan ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib. Kənd sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov yaşadığı evdə xurma yeyərkən xurma onun nəfər borusuna düşüb. 28 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Fakt araşdırılır.

Tural Əhmədov 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью