Böhran dərinləşir: Zalujnı Yermakla görüşdən imtina etdi

20.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Zelenskinin istefası ilə bağlı çağırışlar fonunda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın Londondakı səfiri Valeri Zalujnı ilə görüşməyə çalışsa da, rədd cavabı alıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşington Post” mənbələrə istinadən məlumat yayıb.

"Yermak istefası ilə bağlı çağırışlara açıq şəkildə cavab verməyib. Lakin, görünür, o, hökumət daxilində dəstəyini gücləndirməyə çalışıb. O, Ukrayna ordusunun məşhur keçmiş baş komandanı Valeriy Zalujnı ilə görüş təşkil etməyə çalışıb", - deyə nəşr bildirib.

Zalujnının görüşdən imtina etdiyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью