Böhranlar qeyri müəyyənliyi gücləndirir

15.10.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Bu gün artan böhranlar beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyi gücləndirir.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, ümumi problemlərin həlli üçün kollektiv yolların tapılması heç vaxt olmadığı qədər aktualdır: “Bu zəruri çoxtərəfli fəaliyyətin qarşısındakı ən böyük maneə isə beynəlxalq aktorlar arasında etimadın çatışmazlığıdır. Bu problemin həlli üçün prioritetimiz regional məsuliyyət prinsipinə əsaslanan əməkdaşlığı təkmilləşdirməklə dialoq mədəniyyətini formalaşdırmaq və qarşılıqlı etimadı gücləndirməkdir. AQEM dialoqu səmərəli əməkdaşlığa çevirməkdə mühüm rol oynaya bilər. Buna görə də AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik. Sülhə və qarşılıqlı etimada sadiqliyimiz bütün üzv dövlətlərə şamil edilməlidir”.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью