“Bohum”un futbolçusu “Neftçi”yə təklif olundu

22.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın "Bohum" klubunun futbolçusu Gerrit Holtmann karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 31 yaşlı oyunçu agentlər vasitəsilə "Neftçi" klubuna təklif olunub.
Mənbənin bildirdiyinə görə, "ağ-qaralar" hazırda futbolçunun transferi ilə bağlı yekun qərar verməyib.
Almaniyanın U-20 millisində 5, Filippinin əsas yığmasında isə 7 oyuna çıxan Holtmann həm vinger, həm də hücum xəttində çıxış edə bilir.
O, ötən mövsüm II Bundesliqada 25 oyunda (1590 dəqiqə) 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 700 min avro civarındadır. Onun "Bohum"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью