BOK İtaliyanı seçdi

30.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2028-ci ildə yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbədənkənar sessiyasında qəbul edilib.

Yarış ölkənin şimalındakı Valtellina Dolomites bölgəsində baş tutacaq. İtaliyanın müraciəti dekabr ayında BOK-un icraiyyə komitəsi tərəfindən təsdiqlənib.

Yeniyetmələrin Qış Olimpiya Oyunları dörd ildən bir keçirilir. Ötən il yarışa Cənubi Koreya ev sahibliyi etmişdi.

Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə reallaşacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью