BOK prezidenti istefa verdi

26.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda komitənin saytında bildirilir.

Belə ki, istefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək və səlahiyyətlər BOK-un yeni rəhbərinə veriləcək.

71 yaşlı Bax 1991-ci ildən BOK-un üzvüdür və 2013-cü ildə BOK-un prezidenti seçilib. O, 2021-ci ildə yenidən dörd illik müddətə seçilib.

Qeyd edək ki, Komitənin prezident seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью