BOK seçki tarixini açıqlayıb İdman və Biz

10.01.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezident vəzifəsinə seçkilərin ilkin tarixi bəlli olub.

İdman.biz xəbər verir ki, qurumun rəsmi saytının açıqlamasında görə seçki martın 20-nə təyin edilib.

Hadisələrin gedişindən asılı olaraq tarixin dəyişdirilməsi mümkündür. BOK-un 144-cü sessiyasında martın 18-21-də Yunanıstanda keçiriləcək. Seçkidə 7 namizəd qələbə uğrunda mübarizə aparacaq. Namizdələr yanvarın 30-da Lozannada qapalı iclasda öz proqramlarını BOK-un üzvlərinə təqdim edəcəklər.

Qeyd edək ki, qurumun hazırki prezidenti Tomas Bax növbəti müddətə prezidentliyə namizəd olmayacağını açıqlayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью