Icma.az bildirir, Gununsesi portalına istinadən.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ukrayna idmançılarına 2026-cı il Qış Olimpiya Oyunlarında Rusiya idmançılarına qarşı mümkün etirazlarla bağlı xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, Ukraynanın “Glavkom” saytının verdiyi məlumata görə, ukraynalı skelet yarışçısı Vladislav Qeraskeviç bu barədə məlumat verib.
“Avropa Kuboku mərhələsində yeniyetmə komandamızın etirazlarından sonra bizimlə əlaqə saxlanıldı və onlar artıq Olimpiya Oyunları ilə bağlı bizə xəbərdarlıq ediblər. Onlar bizdən Olimpiadada heç bir etiraz aksiyası keçirməməyimizi xahiş edirlər”, – deyə Geraskeviç bildirib.
Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsindən dəvət alan 13 rusiyalı idmançının 2026-cı il Qış Olimpiya Oyunlarında iştirak etməyə razılıq verdiyi məlum olmuşdu.
Olimpiada fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçiriləcək.
Maqsud