Boka Xuniors un baş məşqçisi Migel Anxel Russo vəfat edib

09.10.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentinanın "Boka Xuniors" klubunun baş məşqçisi Migel Anxel Russo 69 yaşında dünyasını dəyişib. 

Misssiya.Az xəbər verir ki, argentinalı mütəxəssis uzun müddətdir prostat və sidik kisəsi xərçəngi ilə mübarizə aparırdı.

Təcrübəli çalışdırıcı son oyununu sentyabrın 21-də “Central Cordoba”ya qarşı keçirib (2:2). Səhhətindəki problemlərlə əlaqədar son matçlarda komandanı köməkçi məşqçi Klaudio Ubeda idarə edib.

Russo karyerası ərzində 1 Libertadores Kuboku, 2 Argentina Liqası, 1 Kolumbiya Liqası və 1 Kolumbiya Super Kubokunun qalibi olub.

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью