Boka Xuniorsun futbolçuları xəstəliyə yoluxdular

02.01.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentinanın yüksək futbol liqasında çıxış edən "Boka Xuniors" pis halla üzləşib.

QOL.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Komandanın üç futbolçusu sifilis xəstəliyinə yoluxub. Hazırda onların müalicəsi davam etdirilir.

“Boka Xuniors"da bir neçə həftə əvvəl bütün komanda, o cümlədən məşqçilər heyəti müntəzəm müayinədən keçib. Nəticədə üç oyunçuda sifilis aşkarlanıb. 

Məşqçilər heyəti bu vəziyyəti gizli saxlamaq istəyib, lakin hər şey nəzarətdən çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью