“Boka Xuniors”un oyunu Messiyə görə dayandırıldı VİDEO

03.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentina Kubokunun 1/8 final mərhələsində keçirilən “Boka Xuniors” - “Veles Sarsfild” matçında Lionel Messiyə xüsusi ehtiram göstərilib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində baş hakim Sebastyan Zunino oyunu dayandırıb.

Futbolçular, məşqçilər və “Mario Alberto Kempes” stadionundakı azarkeşlər Argentina millisində karyerasını başa vuran 39 yaşlı Messini alqışlayıblar.

10-cu dəqiqənin seçilməsi Messinin Argentina millisində uzun illər 10 nömrəli formanı geyinməsi ilə bağlı olub.

Argentina Futbol Assosiasiyası (AFA) ölkə futbolunun bütün kişi və qadın kateqoriyalarında, həmçinin futzal və çimərlik futbolunda oyunların ilk hissəsinin 10-cu dəqiqəsində dayandırılaraq Messinin şərəfinə alqış keçirilməsi barədə qərar verib.

“Boka Xuniors” - “Veles Sarsfild” qarşılaşması bu qərarın tətbiq edildiyi ilk oyun olub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью