Bokketti baş məşqçi təyin edildi

23.12.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bu gün Allessandro Nesta ilə yolları ayırdıqlarını açıqlayan klub bu dəfə yeni baş məşqçinin adını bəyan edib. A seriyasının autsayderini Salvatore Bokketti çalışdıracaq. 38 yaşlı italiyalı mütəxəssislə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

İtaliya millisinin və "Milan"ın sabiq üzvü son olaraq "Verona"da köməkçi məşqçi kimi çalışıb.

Qeyd edək ki,  "Montsa" 17 oyundan sonra 10 xalla turnir cədvəlində sonuncu - 20-cidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью