Boks əfsanəsi bloqerə məğlub oldu Yeni Sabah

16.11.2024

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.

Yenisabah.az xəbər verir ki, AT&T arenasında təşkil olunan döyüşdə hakimlərin qərarı ilə Ceyk Pol qələbə qazanıb.

Qarşılaşma 8 raunddan ibarət olub.

58 yaşlı Tayson peşəkar karyerası ərzində 56 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 6 qarşılaşmada isə məğlub olub. O, karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə indiyədək peşəkar səviyyədə 11 döyüş keçirib, bunların 10-da qələbə qazanıb, 1-də isə məğlub olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью