Boks millimiz Dünya Kubokunun final mərhələsində iştirak edəcək

27.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya Kubokunun final mərhələsi start götürəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, altı gün davam edəcək yarışda Azərbaycan millisi iki idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.

World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər yeddisi isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, boksçularımız Dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью