Boks üzrə Azərbaycan çempionatına start verildi

22.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün boks üzrə Azərbaycan çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu qatılıb.

Bu yarışda mükafat qazanan idmançılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Əlcəzairdən olan Sid Ali Mokretaridir.

Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlərin - Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vaskesin (Kuba) - dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübələri var.

Murad Nəsimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью