Boks üzrə dünya çempionu öldü

03.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman X hesabında məlumat yayıb.

O, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью