Boks üzrə dünya çempionu öldü

03.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman X hesabında məlumat yayıb.

O, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью